Dünyada koronavirusa yoluxanların SAYI - 657 mini ötdü

Dünyada ümumi koronavirusa yoluxanların sayı 657 915 nəfərə çatıb.

Yenicag.az dünya statistikasına istinadən xəbər verir ki, bir gün ərzində 60 min nəfər yeni növ koronavirusa yoluxub.

Xəstəlikdən ölənlərin sayının isə 30 433 nəfərə çatdığı qeyd edilib.

Sağalanların sayı isə 141 419 nəfər qeydə alınıb.

Son statistikaya əsasən, hal-hazırda dünyada 486 063 nəfər virus daşıyıcı var. Onlardan 25 248 nəfərin vəziyyətinin ağır olduğu qeyd edilib.

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

"Mersedes-Benz" 77 mindən çox avtomobili geri çağırdı

SONRAKI XƏBƏR

Son sutkada Çinə gələn daha 30 nəfərdə koronavirus aşkarlanıb