Koronavirusa qarşı yeni MÜBARİZƏ üsulu tapdılar - Dünyanın danışdığı görüntülər (VİDEO)

Koronavirusa qarşı yeni MÜBARİZƏ üsulu tapdılar - Dünyanın danışdığı görüntülər (VİDEO)

Şri-Lankada müqəddəs hesab olunan bütpərəst məbədi koronavirusa qarşı mübarizə aparmaq məqsədilə dini inanclara əl atıb.

Publika.az “euronews”ə istinadən xəbər verir ki, məbədin nümayəndələri helikopterlərlə ölkə ərazisinə müqəddəs hesab etdikləri sudan səpiblər. Onlar hesab edirlər ki, bu inanc koronavirusun ölkə ərazisində yayılmasına mane olacaq. Bu görüntülər internet izləyiciləri tərəfindən gülüşlə qarşılanıb.

Qeyd edək ki, Hind okeanında yerləşən ada dövlətində 117 nəfər koronavirusa yoluxub. 1 nəfər həyatını itirib. 11 xəstə isə sağalıb.

Anar Türkeş

Mənbə: publika.az