69 yaşlı deputat dövlətin evdə qal tövsiyyələrinə məhəl qoymur - FOTOFAKT

69 yaşlı deputat dövlətin evdə qal tövsiyyələrinə məhəl qoymur - FOTOFAKT

Bu gün bütün dünyada koronovirus (COVİD19) bəlası tüğyan etdiyi bir zamanda ölkəmizdə də bu bəlaya düçar olan insanlar var.Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçmədi. Cənab Preizdent İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bu virusa qalib gəlməsi üçün və bu epidemiyadan daha az fəsadla çıxmağımız üçün qabaqlayıcı tədbirlər görülür.
İnsanları evlərindən çıxmaması tövsiyyə olunur. Ölkəmizdə dünyada analoqu olmayan, virusla mübarizə üçün bir fond yaradıldı. Ölkə başçısı cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci Vitseprezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva bir illik maaşlarını bu fonda köçürdü. Bu aksiyaya bir çox dövlət qurumlarımız və özəl şirkətlərimizdə qoşuldu. Dünən isə cənab Preizdent xüsusilə yaşlı insanların evdən çıxmamasını tövsiyyə etdi. Hətta demək olar ki, cənab Prezident insanların xüsusilədə yaşlı kəsimin evdən çıxmamasını tələb etdi. Bunun üçün qanunlar çərçivəsində cəzaların sərtləşəcəyini də bildirdi.
Qeyd etmək lazımdır ki, bu xəstəlik daha çox yaşlı insanlara yoluxma riskinin olmasına görə dünyada və ölkəmizdə yaşlı insanların küçəyə çıxması qadağan olundu. Sevindirici haldır ki Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatları bu qadağa əməl etdi. Hətta riskin böyüklüyü nəzərə alınaraq tarixdə ilk dəfə Milli Məclisin iclası videogörüntülər vasitəsi ilə keçirildi.
Ancaq 28 Saylı Sabunçu III seçki dairəsindən deputat seçilmiş Eldar Quliyev Prezidentin belə tövsiyyə etdiyi 65-yaş və üzəri şəxslərin evdə qalması məsləhətinə məhəl qoymadı. Deputat olduğu dairədə insanların görüşünə getdi. Düzdü qoruyucu maskadan istifadə etsə belə yaşlı kəsimin bu proseslərdə iştirak etməsi yolverilməz idi. Yaşlı insanları epidemiyanın artaması ilə əlaqdar olaraq evdə qalmasının zəruri olduğu bir dövrdə 69 yaşlı deputata bu tövsiyyə əməl etmədi. Özüdə fotolardan aydın şəkildə sezmək mümkündür ki, Millət vəkili ilə görüşdə gənc sakinlərdə var idi.
Özünün dairədə olan “dejurni” seçiciləri ilə görüşə gedən Eldar Quliyev öz həmyaşıdlarına mənfi nümunə oldu. Həqiqətən kiməsə xeyir vermək arzusu vardısa bunun özünə tabe olan gənclərlə edə bilərdi. Seçki prosesi zamanı zalın doldurulması zamanı kənardan gələn belə “masovkaları” çox gördük. Təbii burda bir məqsəd var idi. Ağır gündən istifadə edib özünü ucuz reklam etmək.
İndi maraqlı bir sual ortaya çıxır. Bu proseslə Eldar Quliyevin reklamı idi ? Yoxsa, bir Millət Vəkilinin millətə nümunə olmaq əvəzinə Prezidentin evdə qal tövsiyyələrinə məhəl qoymamasıdır !?
//Nəzər Media.az






 

Mənbə: www.dia.az