İspaniyanın Sağlamlıq və Fövqəladə Halların Koordinasiyası Mərkəzinin direktoru koronavirusa yoluxub

İspaniyanın Sağlamlıq və Fövqəladə Halların Koordinasiyası Mərkəzinin direktoru  koronavirusa yoluxub

İspaniyanın Sağlamlıq və Fövqəladə Halların Koordinasiyası Mərkəzinin direktoru Fernando Simon koronavirusa yoluxub.

APA-nın İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, o, bu gün İspaniyada koronavirusla bağlı son vəziyyət barədə məlumat vermək üçün keçirilən mətbuat konfransına qatılmayıb. Mətbuat konfransında onu əvəz edən Dr. Maria Xose Sierra bildirib ki, Fernando Simon koronavirusla bağlı yoxlanışdan keçib və onun nəticəsi müsbət olub.

"Hazırda onun vəziyyəti normaldır və ev şəraitində karantindədir", - deyə xanım Sierra bildirib.

Qeyd edək ki İspaniyada bu günədək koronvirusdan ölənlərin sayı 7340-a çatıb.

Ümumi yoluxanların sayı isə 85195 nəfərdir.

Mənbə: apa.az