Ermənistan koronavirusla bağlı bu yoxlamanı həyata keçirə bilmir

Ermənistan koronavirusla bağlı bu yoxlamanı həyata keçirə bilmir

Ermənistan Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin üzərində patoloji-anatomik yarmaları həyata keçirməyi məsləhət görmür.

Xəbəri “RİA Novosti” agentliyi yayıb.

“Tibbi yardım, əhaliyə xidmət haqqında” qanuna dəyişiklik çərçivəsində koronavirusdan ölənlərin üzərində patoloji-anatomik yarmanın aparılması nəzərdə tutulmayıb”, - deyə Ermənistanın səhiyyə nazirinin müavini Anait Avanesyan bildirib.

Onun sözlərinə görə, qanuna edilən düzəliş koronavirusla əlaqədar yaranan gərgin vəziyyətdən və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrindən qaynaqlanır.

A.Avanesyan etiraf edib ki, Ermənistandakı patoloji-anatomik müayinə beynəlxalq təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə, koronavirusdan vəfat edən şəxslərin meyitlərinin yarılması üçün şərait yoxdur.

Mənbə: www.oxu.az