Üç günlük körpədə koronavirus aşkar edildi -İranda...

Üç günlük körpədə koronavirus aşkar edildi -İranda...

İranın Rezevi Horasan əyalətinin Türbetcam rayonunda 3 günlük körpədə koronavirus olduğu müəyyən olunub.

Moderator.az xəbər verir ki, körpənin anasının isə sağlam olduğu bildirilir. Günaban rayonunda da 35 günlük körpənin koronavirusa yoluxduğu aşkar edilib. Bununla yanaşı, Gilan əyaləti Tibb Universitetinin rektor müavini professor Həsən Miri körpələrin birinin 4, digərinin isə 14 günlük müalicədən sonra sağaldığını və onların evə buraxıldığını bildirib.

Vasif Əlihüseyn

Mənbə: moderator.az