Çinlilər ağıllanmır - Heyvan bazarları yenidən açıldı...

Çinlilər ağıllanmır - Heyvan bazarları yenidən açıldı...

Dünyada təxminən 34 mindən çox insanın ölümünə səbəb olan yeni növ koronavirusun çıxış nöqtəsi olan "vəhşi heyvan bazarları" Çində yenidən açılıb. Ölkənin bəzi bölgələrində yarasa satışlarına başlanıldığı görülüb.

Moderator.az xəbər verir ki, Pekin hökumətinin qadağan etməsinə baxmayaraq Çiniin bəzi bölgələrində vəhşı heyvan satışlarına başlanılıb. Çinin "Covid-19"virusunun tamamilə nəzarət altına aldığını açıqlamasından sonra küçəyə çıxma qadağalarına son qoyulub. Bundan sonra şəhərlərdəki həyat yenidən əvvəlki kimi davam etməyə başlayıb.

Ölkənin cənubundakı Dongguan şəhərində bazarlardakı heyvan satışlarının yenidən fəaliyyətə başladığı, ancaq artıq dəzgahların şəkillərinin çəkilməsinə icazə verilmədiyi bildirilib.

Qeyd edək ki, Çində satılan vəhşi heyvanlardan biri də yeni növ koronavirusun çıxış qaynağı olduğu düşünülən yarasalardır.

Kamran

Mənbə: moderator.az