65 il birlikdə yaşayan ərlə arvad eyni gündə koronavirusdan öldülər

65 il birlikdə yaşayan ərlə arvad eyni gündə koronavirusdan öldülər

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində 65 il nikahda olan ərlə arvad eyni gündə bir neçə saat fərqlə koronavirusdan dünyalarını dəyişiblər.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, iş adamı Stiven Neş babası və nənəsinin ABŞ-da koronavirus səbəbindən ölüm hallarının artdığı gün vəfat ediblər.

“Mən babamı və nənəmi koronavirusa görə 24 saat ərzində itirdim. Sevimlilərinizi bərk-bərk qucaqlayın”, - Neş özünün “Twitter” səhifəsində yazıb.

Nəvənin sözlərinə görə, ölən baba və nənəsinin 6 uşağı və 18 nəvəsi var.

Bundan əvvəl xəbər verilib ki, ABŞ-ın Nyu-Cersi ştatının sakini və onun 3 uşağı bir həftə ərzində koronavirusdan ölüblər. Ailənin daha 19 üzvü təcrid şəraitindədir, onların ikisi reanimasiyadadır, birinin vəziyyəti sabit qiymətləndirilir.

Mənbə: lent.az