Astara xəstəxanasında şok əməliyyat: Qadının uşaqlıq yolundan narkotik çıxdı

Astara xəstəxanasında şok əməliyyat: Qadının uşaqlıq yolundan narkotik çıxdı

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Lənkəran sakini, 1964-cü il təvəllüdlü Ruhəngiz Bayramovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ruhəngiz Bayramova İranın Astara şəhərində şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs ilə külli miqdarda narkotik vasitəni və psixatrop maddəni tamah niyyəti, satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolu ilə Azərbaycan Respublikasına gətirilməsi haqqında əvvəlcədən sövdələşib.
O, cinayət əlaqəsinə girərək əlbir olduğu digər şəxsin vasitəsilə İran İslam Respublikasında ümumilikdə 6 ədəd bükümdə təmiz çəkisi 93,623 qram narkotik vasitə olan heroini uşaqlıq yoluna və 4 ədəd bağlamanın içərisində 31 ədəd polietilen bükümlərdə, hər bükümdə 4 ədəd həb olmaqla cəmi 124 ədəd dərman peraparatını yoğun bağırsağına yerləşdirıb.
Daha sonra Ruhəngiz Bayramova Azərbaycan Respublikasının Gömrük sərhəddindən gömrük nəzarətindən gizli İran İslam Respublikasından Azərbaycan Respublikasının Astara şəhərinə keçib.
Ruhəngiz Bayramova gömrük əməkdaşları tərəfindən həbs edilib. Onun əldə etdiyi həmin narkotik vasitə və psixatrop maddə Astara şəhərində rayonun mərkəzi xəstəxanasında uşaqlıq yolundan və yoğun bağırsağından çıxarılıb.
İstintaq orqanı tərəfindən Ruhəngiz Bayramovanın barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhəngiz Bayramova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Ruhəmgiz Bayramova apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Şirvan Apelyasiya Məhkəməsində hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Ruhəngiz Bayramovanın apelyasiya şikayəti təmin olunmayıb.


Fariz Məlikli
Demokrat.az

Mənbə: demokrat.az