Ukraynada yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

Ukraynada yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

Ukraynanın Zaporojya Vilayəti Şurasının sədri Qriqori Samardakda koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Vilayət Şurasının Mətbuat xidmətindən bildirilib.

“Qriqori Samardakda COVID-19-un olması təsdiqlənib. Hazırda Vilayət Şurası sədri ailə həkiminin müşahidəsi altındadır. Onun ailəsi isə təcrid edilib”, - açıqlamada deyilir.

Qeyd edək ki, indiyədək Zaporojya vilayətində 13 yoluxma faktı qeydə alınıb. İndiyə qədər Ukraynada 480 nəfərdə koronavirus aşkarlanıb. 11 nəfər virusun qurbanı olub.

Mənbə: report.az