Çində sərnişin qatarı relsdən çıxdı: 1 ölü, 20 yaralı

Çində sərnişin qatarı relsdən çıxdı: 1 ölü, 20 yaralı

Çində sərnişin qatarı relsdən çıxaraq qəzaya uğrayıb. Yerli media bir insanın öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.

SONXEBER.AZ xarici mətbuata istinadən xəbər verir ki, Çinin Cinan şəhərindən Guangzhou şəhərinə gedən sərnişin qatarı Chenzhou şəhəri yaxınlığında relsdən çıxıb. Yerli medianın verdiyi məlumata görə, qatarın yağışlar səbəbiylə relsdən çıxdığını bildiriblər.

Səlahiyyətlilər bir nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb

Mənbə: sonxeber.az