Rusiyada 302 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Rusiyada 302 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Rusiyada 302 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

Bu barədə Operativ Qərargah məlumat verib. Yoluxanların əksəriyyətinin Moskvada qeydə alındığı bildirilir.

Son sutka ərzində Moskvada 212 nəfərin koronavirusa yoluxduğu bildirilib.

Ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı ümumilikdə 1836-a çatıb, 9 nəfər ölüb.

Ümumilikdə Moskvada 1226 xəstəyə koronavirus diaqnozu qoyulub.

Operativ Qərargahın məlumatına görə, son sutka ərzində COVİD-19 diaqnozu qoyulan 102 nəfər 18 ilə 40 yaş arasındakı insanlardır.

Rusiya hökuməti bütün ölkə ərazisində hamı üçün evtəcridi rejiminin tətbiq etməsini planlaşdırır.

Mənbə: www.xural.com