Düşmən Qazax istiqamətində yenidən təxribata cəhd etdi - Yaralılar var

Düşmən Qazax istiqamətində yenidən təxribata cəhd etdi - Yaralılar var

Ermənistan Silahlı Qüvvələri dövlət sərhəd xəttinin Qazax rayonu istiqamətində yenidən təxribata cəhd edib. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təxribata cəhd edən iki müqaviləli düşmən hərbçisi yaralanıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin həmin istiqamətdə yerləşən bölmələri mütəmadi olaraq atəşkəsi pozur və mülki sakinləri hədəf alırlar.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az