Çin bunu hamıdan gizlədirdi - 40 MİN ÖLÜ - Daily Mail AÇIQLADI

Çin bunu hamıdan gizlədirdi - 40 MİN ÖLÜ - Daily Mail AÇIQLADI

Çinlilər koronavirusdan ölənlərin sayının Çin höküməti tərəfindən azaldıldığını düşünürlər.

KONKRET.az xəbər verir ki, məşhur ingilis qəzeti “Daily Mail”də bu barədə xəbər yer alıb. Çinin Vuhan şəhərində bir cənazə evinin ölülərin küllərinin saxlandığı özəl qablardan 5 min ədəd sifariş verməsi məlumatının üzə çıxması bu iddiaları gücləndirib.

İddialara görə, Çində hər gün 500-3500 arası ailə cənazə təslim alır. Çində virusdan ölənlərin sayının isə 40 mindən çox olduğu bildirilir.

Qeyd edək ki, rəsmi statistikaya görə, ölkədə koronavirusdan ölənlərin sayı 3 min 300-dür.

Mənbə: konkret.az