"Evdən çıxma" qadağasına uymadılar, evdə qonaqlıq verdilər

"Evdən çıxma" qadağasına uymadılar, evdə qonaqlıq verdilər

Türkiyənin İstanbul şəhərində "evdən çıxma" qadağasına uymayan 11 nəfər saxlanılıb.

SONXEBER.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədən geniş yayılan koronavirusla bağlı "evdən çıxma" qadağasına uymayan 11 nəfər ev kirayə götürüb, qonaqlıq veriblər.

Qonşuların şikayəti əsasında 11 nəfər polislər tərəfindən saxlanılıb.

Saxlanılan 7 nəfərin ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. 4 nəfərin işi isə məhkəməyə göndərilib.

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az