Ermənistanda koronavirusa yoluxanların sayı 532-yə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 532-yə çatdı

Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 532-yə çatıb.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

Dediyinə görə, son bir gündə 50 yeni hadisə aşkarlanıb, onlardan 23-ü karantində olub, 24 nəfər isə virusa yoluxan şəxslə təmas qurub.

Qalan üç xəstənin əlaqə dairəsi dəqiqləşdirilir.

Xatırladaq ki, dünən 482 nəfərin yoluxduğu barədə məlumat verilmişdi.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az