21 yaşlı tələbə qızın meyiti otağında tapılıb-Sirli qətl

21 yaşlı tələbə qızın meyiti otağında tapılıb-Sirli qətl

21 yaşlı universitet tələbəsi qızın boğazından güllənmiş meyiti yataq otağından tapılıb.

SONXEBER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fəlsəfə fakültəsində təhsil alan 21 yaşlı tələbə Əminə.G-nın yataq otağına girən anası qızının qanlar içində yerdə yatdığınə görüb. Qızını o vəziyyətdə görən qadın qışqıraraq qonşuları köməyə çağırıb.

Anasının səsini eşidib bacısının otağına qaçan R.G ona aid silahı Əminə.G-nın yanında görüb.

Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb.

21 yaşlı qızın ölüm xəbərini eşidən yaxınları böyük sarsıntı keçirib.

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az