Tunis ilk qadın həkiminin fotosunu banknota basdı

Tunis ilk qadın həkiminin fotosunu banknota basdı

Tunis Mərkəzi Bankı ölkənin 10 dinarlıq əskinasının üzərinə Tunisin ilk qadın həkimi Tövhidə İbn Şeyxin fotosunu basıb.

Qaynarinfo xəbər verir ki, bu barədə açıqlama verən Mərkəzi Bankın İctimai Xəzinəsinin direktoru Əbdüləziz ibn Səid bunu 1 il əvvəldən qərarlaşdırdıqlarını deyib və həkimləri şərəfləndirmək məqsədilə etdiklərini bilirib.

Tövhidə ibn Şeyx ölkəsinin ilk lisey diplomu alan qadınıdır. Parisdə tibb təhsili aldıqdan sonra ölkəsinə qayıdan Tövhidə ginekologiya sahəsində mütəxəssisləşib, qadın sağlamlığı, ailə planlamaları və abortla bağlı bir sıra layihələr həyata keçirib. O, 2010-cu ildə 101 yaşında həyatını itirib.

Qeyd edək ki, 2017-ci ildə aparılan araşdırmalara görə, əskinasların 12 faizinin üzərində qadınların rəsmi var.

Mənbə: qaynarinfo.az