Koronavirusa qalib gələn 95 yaşlı qadın

Koronavirusa qalib gələn 95 yaşlı qadın

Koronavirusdan əziyyət çəkən və sonra sağ qalan 95 yaşlı Qertrud Fatton xəstəliyin gedişatından danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsveçrənin Le Locle şəhərinin sakini bir həftə evdə xəstə olub, bundan sonra nəfəs alma problemi ilə qarşılaşıb. O, təcili yardım maşını ilə La Chaux-de-Fonds şəhərinin xəstəxanasına aparılıb.

Yaşlı isveçrəli qadınının sözlərinə görə, özünü "ağır, lakin ümumiyyətlə dözümlü" hiss edib. "Mən ölməkdən qorxmurdum", deyə yaşlı qadın Qertrud Fatton bildirib.

Qadın bir həftə reanimasiya şöbəsində qalıb, antibiotiklər və antimalarial dərman olan xlorokin onun sağalmasına kömək edib.

Bir neçə gün sonra yaşlı qadın xəstəliyi məğlub edib və xəstəliyə qalib gəlib.

Xatırladaq ki, İsveçrədə Covid-19 hadisələrinin sayı 14,8 mini keçib, 300 nəfər xəstəlikdən ölüb, 1,6 min adam isə sağalıb.

Mənbə: sia.az