İranda 300-dən çox insan alkoqoldan ölüb

İranda 300-dən çox insan alkoqoldan ölüb

İranda ən azı 320 nəfər insan alkoqol zəhərlənməsi səbəbindən həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

Nazirliyinin rəsmi nümayəndəsi ölkədə 3,1 mindən çox insanın alkoqoldan zəhərləndiyini söyləyib. "Bu gün bizdə alkoqol zəhərlənməsi olan 3,117 nəfər var, onlardan 1066 nəfər xəstəxanaya yerləşdirilib. Təəssüf ki, onlardan 320 nəfər də ölüb", deyə İran Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib.

Xatırladaq ki, İranda alkoqol qadağandır, lakin istehlak üçün nəzərdə tutulmayan metil spirti istehsal edir. Əhali, koronavirus COVID-19 hallarının fonunda saxta məhsullardan istifadə etməyə başlayıb.

Qeyd edək ki, İranda 44,6 min xəstə müəyyən edilib ki, onlardan da 3 minə yaxın yoluxmuş insan ölüb, 14,5 mindən çox insan sağalıb.

Mənbə: sia.az