Donbassda atışma: bir ukraynalı əsgər öldü, ikisi yaralandı

Donbassda atışma: bir ukraynalı əsgər öldü, ikisi yaralandı

Son bir gündə Donbasda bir Ukrayna əsgəri ölüb, ikisi yaralanıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı çərşənbə günü Birləşmiş Qüvvələrin əməliyyat qərargahı yayıb.

Qeyd olunur ki, separatçılar Ukraynanın mövqelərinə tank əleyhinə raket sistemlərindən, müxtəlif sistemli qumbaraatanlardan, ağır pulemyotlar və kiçik silahlardan, 120, 82 mm çaplı minaatanlardan 14 dəfə atəş açıblar.

Düşmən, həmçinin, Luqansk vilayətinin Novotoshkovski bölgəsinə atəş açıb.

“Müdafiəçilərimiz düşmənə vaxtında layiqli bir cavab verdi … Təəssüf ki, işğalçıların cinayətkar əməllərinin nəticələri müdafiəçilərimizin sırasını seyrəltdi. Dünən atəş zərbəsi zamanı bir Ukrayna əsgəri şəhid oldu, daha iki nəfər yaralandı. Birləşmiş Qüvvələrin bir əsgəri Rusiya istehsalı olan minada xəsarət aldı”, deyə qərargahdan bildiriblər.

Eyni zamanda Baş Qərargah, kəşfiyyat məlumatlarına görə, 31 martda üç yaraqlının məhv edildiyini, digərinin isə yaralandığını bildirib.

Ukrayna qoşunları düşmənin piyada döyüş maşınını məhv edib.

Bu gün də separatçılar Maryinka yaxınlığında Ukrayna mövqelərini atəşə tutublar, ukraynalı müdafiəçilər arasında itki yoxdur.

Baş Qərargah Birləşmiş Qüvvələrin şəxsi heyəti arasında koronavirus infeksiyası hallarının olmadığını bildirib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az