İrandan koronavirusla bağlı qeyri-adi ADDIM-VİDEO

İrandan koronavirusla bağlı qeyri-adi ADDIM-VİDEO

İranda bələdiyyə işçiləri koronavirusa görə qeyri-adi addımlar atıblar.

SONXEBER.AZ-ın məlumatına görə İranda koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində bələdiyyə işçiləri ölümü xatırlatmaq üçün qeyri-adi geyimlər geyinərək xalqın arasında gəziblər.

İranın Xuzistan əyalətindəki Hürremşehr şəhərində bələdiyyə işçiləri koronavirusun daha çox yayılmaması və insanların evdə qalmalarını təmin etmək məqsədilə maraqlı geyimlər geyinərək bazar yerlərini ziyarət ediblər. Bələdiyyə işçilərinin bu adddımı sosial mediada maraqla qarşılanıb.

Hürremşehr Bələdiyyə sədri Davud Darabi açıqlamasında, koronavirus epidemiyası ilə mübarizə çərçivəsində əhalinin informasiya səviyyəsini artırmaq istədiklərini və Hürremşehr şəhərində koronavirusa yoluxma hallarının çox olduğunu bildirib. Həmçinin koronavirus epidemiyasının yayılması baxımından şəhərin Sefayi bazarının təhlükəli bir yer olduğunu bildirən Darabi, bələdiyyə işçilərinin həmin qeyri-adi geyimlər geyinərək bu bölgəyə baş çəkdiyini və sağlamlıq tədbirləri haqqında ətraflı məlumat verdiklərini söyləyib.

Qeyd edək ki, İranda son 24 saat ərzində həyatını itirənlərin sayı 141 nəfər artaraq 2 min 898, koronavirusa yoluxanların ümumi sayı isə 44 min 605 nəfərə çatıb.

F.Ağayev


Sonxeber.az
 

Mənbə: sonxeber.az