İntihar məktubu yazdı, Kür çayının yanına…

İntihar məktubu yazdı, Kür çayının yanına…

Azərbaycanda kişi intihar edəcəyi ilə bağlı məktub yazaraq evdən qaçıb.

SONXEBER.AZ xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişində qardaşı Ziyad Abbasovu axtaran Sirac Abbasov deyib.

O, bildirib ki, qardaşı martın 23-də evə məktub qoyaraq çıxıb gedib: "Məktubda qardaşım yazıb ki, intihar edəcək. Bundan əlavə Ziyad məktubunda onun ölümündə kiminsə günahkar olmadığnı bildirib. Ziyada zəng etdik telefonu bağlı idi. Bizdə olan məlumata görə o, taksiyə minib Kür çayının qırağına gəlib. Ondan sonra Ziyaddan bir xəbər çıxmayıb. Amma bir neçə gün öncə oni Sabirabadın mərkəzində görənlər olub. Amma Ziyadı gördükləri yer bizim kənddə uzaqdır".

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az