Ukraynada bir gündə 120 nəfər koronavirusa yoluxdu

Ukraynada bir gündə 120 nəfər koronavirusa yoluxdu

Ukraynada koronavirusa yoluxanların sayı 669 nəfərə çatıb. Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, virusa yoluxan 17 nəfər ölüb, 10 xəstə sağalıb.

Nazirlik sutka ərzində 120 nəfərin koronavirusa yoluxduğunu bəyan edib.

Pərvanə Sultanova

Mənbə: azvision.az