Şok: Koronaya yoluxanların 90%-dən çoxu sağaldı - Çin açıqladı

Şok: Koronaya yoluxanların 90%-dən çoxu sağaldı - Çin açıqladı

Çində yeni növ koronavirus infeksiyasına yoluxanların 93,5%-i sağalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

Qeyd edilir ki, Çində 81 554 COVID-19 yoluxma hadisəsi aşkarlanıb, onlardan 76 238 xəstə sağalıb.

Son 24 saat ərzində Çində 36 koronavirus infeksiyasına yoluxma qeydə alınıb.

Qeyd edək ki, martın 29-da Çin hakimiyyəti bütövlükdə ölkədə COVID-19 epidemiyasının yayılmasının tamamilə dayandırıldığını bildirib.

Mənbə: teleqraf.com