Uhanda ilk xarici mənşəli koronavirusa yoluxma faktı qeydə alındı

Uhanda ilk xarici mənşəli koronavirusa yoluxma faktı qeydə alındı

Çinin Uhan şəhərində ilk dəfə ölkə xaricindən gələn bir insanda koronavirus aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Xəstənin hansı ölkədən gəldiyi hələ ki, məlum deyil. Ancaq Hubey əyalətinə hava nəqliyyatının aprelin 8-nə qədər dayandırıldığı üçün yoluxmuş şəxsin xaricdən ilk öncə Çinin başqa bir şəhərinə, daha sonra isə oradan qatarla Hubey əyalətinə gəldiyi ehtimal olunur.

Xatırladaq ki, ÇXR Səhiyyə Komitəsi Uhan şəhəri istisna olmaqla, Hubey əyalətinə giriş və çıxış məhdudiyyətlərini ləğv etmişdi.

Mənbə: qafqazinfo.az