İspaniyada koronavirus qurbanlarının sayı 10 minə çatır

İspaniyada koronavirus qurbanlarının sayı 10 minə çatır

İspaniyada son 24 saat ərzində Kovid-19 səbəbi ilə 864 nəfər həyatını itirib.

Primetime.az xəbər verir ki, yeni tip koronavirus nəticəsində ölənlərin sayı 9.053-ə çatıb, virusa yoluxanların sayı isə 100 mini keçib.

Qeyd edək ki, dünya miqyasında koronavirusa yoluxanların sayı 860 mini keçib. Xəstəlikdən ölənlərin sayı 45 minə yaxınlaşıb.

Mənbə: primetime.az