“Əzrail” İranda əhaliyə səsləndi: “Korona” - VİDEO

“Əzrail” İranda əhaliyə səsləndi: “Korona” - VİDEO

İranın Xuzistan ostanının Xürrəmşəhr şəhərində bələdiyyə əməkdaşları yeni tip koronavirusla mübarizəyə diqqət çəkmək üçün “Əzrail” kostyumları ilə insanlara xəbərdarlıq edib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Xürrəmşəhr bölgəsindəki Səfayi bazarında üstündə “Korona” yazılan “Əzrail”i təmsil edən kostyumlar geyinən bələdiyyə əməkdaşları əhaliyə səsgücləndiricilərlə sosial məsafə və izolyasiyanın əhəmiyyətindən bəhs edib.

Mənbə: paralel.az