İtaliya total karantin rejimindən çıxmağın yolunu axtarır...

İtaliya total karantin rejimindən çıxmağın yolunu axtarır...

"İtaliya total karantin rejimindən bəzi şərtlər daxilində çıxıb gündəlik adi həyata dönə bilər".

Moderator.az xəbər verir ki, bunu yerli mediaya açıqlamasında baş nazir Paole Konte deyib.

O, ölkə vətəndaşlarının bir-biriləri ilə müəyyən məsafə saxlamaqla, qoyulan təhlükəsizlik qaydalarına əməl etməklə gündəlik iş həyatına dönməyin mümkün olduğunu bildirib.

Baş nazir deyib ki, belə addım ölkəni iqtisadi tənəzzüldən xilas etmək üçün bir fürsət olardı. Bu barədə hələ ki, konkret qərarın olmadığını söyləyən İtaliya hökumətinin rəhbəri hazırda bir neçə variant üzərində işlədiklərini ölkə əhalisinin nəzərinə çatdırıb.

Xatırladaq ki, koronavirus xəstəliyi Avropada yayılandan sonra İtaliya bu bəladan ən çox əziyyət çəkən ölkələrdən birinə çevrilib. Kovid-19 indiyədək 12 min nəfərdən çox italiyalının həyatına son qoyub. Ölkədə bu virusa yoluxanların sayı 105 min nəfəri ötüb.

Mənbə: moderator.az