İranda saxta spirtli içkidən 320 nəfər öldü, 62 nəfər kor oldu - Kornavirusdan ölənlərin sayı isə 3036 nəfərə çatdı

İranda saxta spirtli içkidən 320 nəfər öldü, 62 nəfər kor oldu - Kornavirusdan ölənlərin sayı isə 3036 nəfərə çatdı

İranda koronavirusdan ölənlərlə yanaşı, saxta spirtli içkilərdən ölənlərin də sayı artır.

Avropa.info xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpurun açıqlamasına görə, 6 martdan bu yana 3 min 117 adam saxta spirtli içkilərdən zəhərlənib.

Zəhərlənən 1066 insanın xəstəxanaya yerləşdirildiyini vurğulayan Cihanpur, onlardan 73-nün reanimasiya şöbəsində müalicə olunduğunu deyib. Cihanpur, saxta içki səbəbiylə 320 adamın həyatını itirdiyini və 62 nəfərin kor olduğunu bildirib.

Qeyd edək ki, İranda koronavirusdan 3036 nəfər ölüb.

Mənbə: avropa.info