Playboy modelinin evini tornado darmadağın etdi - FOTO

Playboy modelinin evini tornado darmadağın etdi - FOTO

Playboy modeli Laura Drammis öz evində olarkən baş verən güclü tornadonun episentrində olub. ABŞ-ın Tennessi ştatının Nashville şəhərində qeydə alınan tornadonun sürəti saatda 273 kilometrə çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Sun” nəşri yayıb.

30 yaşlı Drammis bildirib ki, təbii fəlakət onun mənzilindəki bütün pəncərələri və qapıları qırıb, həmçinin damı da yerindən qopardıb.

“Sanki nüvə bombası partladı. Vəziyyət çox dəhşətli idi”, – deyə model paylaşıb.

Drammis qeyd edib ki, xəbərdarlıq siqnalını eşidən kimi tornadonu vanna otağında itiylə birlikdə gözləməyi qərara alıb. Lakin güclü külək onu döşəməyə yıxıb.

Amerikalı qadın ev heyvanını bədəni ilə qoruyub, onu bir yerdə saxlamağa çalışıb.

“Bu, təxminən 30 saniyə davam etdi, Mən həyatımda bundan qorxunc bir şey hiss etmədim”, – Drammis bildirib.

Dağıntıları təmizləməyə ona qonşusu kömək edib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az