Koronavirusdan ölənlərin cəsədləri küçələrdə qaldı - FOTOLAR

Koronavirusdan ölənlərin cəsədləri küçələrdə qaldı  - FOTOLAR

Ekvadorda koronavirusdan ölən şəxslərin küçədə çəkilmiş fotoları böyük əks-səda doğurub.

Redaktor.az xəbər verir ki, Kuayakuil şəhərində küçədə insan cəsədləri aşkarlanıb. Ölənlərin təkcə koronavirusdan deyil, digər səbəblərdən də öldüyü bildirilib.

Yerli "El Universo" qəzetinin məlumatına görə, 400-450 cəsədin şəxsiyyəti hələ də müəyyənləşdirilməyib.

Mənbə: redaktor.az