“Karantin rejimində avtomobil qəzalarının sayı xeyli azalıb” - DYP

“Son günlərdə karantin rejimi ilə əlaqədar avtomobil qəzalarında kifayət qədər azalma var”.

Bunu Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Şöbə rəisi deyib ki, ötən gün ərzində ölkə ərazisində cəmi 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb:

“31 mart baş verən yol-nəqliyyat hadisələrinin biri piyadavurma, ikisi toqquşma, biri isə avtomobil aşmasıdır. Avtomobil aşması Qaradağ rayonun, Güzdək qəsəbəsində olub ki, bu qəzada da iki nəfər ölüb, bir nəfər xəsarət alıb. Digər qəzaların hərəsində isə 1 nəfər xəsarət alıb”.

K.Əliyev son bir neçə gündə yol qəzasında ölənlərin də sayının xeyli az olduğunu diqqətə çatdırıb:

“Martın 29-u yol qəzaları nəticəsində ümumiyyətlə ölüm qeydə alınmayıb, ayın 30-u isə avtomobil qəzasında cəmi bir nəfər ölüb. Bu sabitlik ondan əvvəlki günlərdə də müşahidə edilib”.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

“Rövşanə bizdən aldığı pullarla 4-5 ailəyə kömək etsin” – Afət Fərmanqızı

SONRAKI XƏBƏR

Çeçenistana da giriş-çıxış bağlanır