3 gün evdə çörəksiz qaldı - Polisdən kömək istədi - VİDEO

Koronavirus Türkiyədə də yayıldıqdan sonra "Evdə qal' çağırışına əməl edərək Kazdağlarındakı evində özünü təcrid edən məşhur söz yazarı Mehmet Yüzüak üç gün çörəksiz qaldıqda polislərdən yardım istəyib.

BİG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, polislər bir zənglə onun yardımına yetişiblər.

Onlar Yüzüak üçün aldıqları çörəyi qapısına kimi çatdırıblar.



Həmin anları sosial şəbəkədə paylaşan yazar polislərə təşəkkürünü bildirərək bir daha hər kəsi evdə qalmağa səsləyib.

"Evdə qal, Türkiyə. İstədiyinizi gətirirlər", - deyə o, xalqına müraciət edib.

Bir çox məşhur mahnıların sözlərinin müəllifi olan Mehmet Yüzüak daha öncə "Tarçın" ləqəbli itinə maska taxmaqla insanlara məsuliyyət hissini aşılamaq üçün video paylaşmışdı.

Ünlü söz yazarı Kazdağları’nda ekmeksiz kaldı

Natəvan Baxşiyeva

 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Karantinlə bağlı NÖVBƏTİ QƏRAR

SONRAKI XƏBƏR

Əməkdar həkim koronavirusdan qorunmağın yeganə yolunu AÇIQLADI