FBI gizli sənəd yayımladı: "Çantasında 3 növ təhlükəli virus aparan çinli alimi həbs etmişik"

FBI gizli sənəd yayımladı: "Çantasında 3 növ təhlükəli  virus aparan çinli alimi həbs etmişik"

ABŞ-ın Federal Təhlükəsizlik Bürosu koronavirus barədə yeni sənədlər yayımlayıb.
Yeniavaz.com "Milliyət" qəzetinə istinadla xəbər verir ki,"Yahoo News" bir il əvvəl ABŞ-a keçmək istəyən və özünü elm adamı kimi tanıdan təhlükəli bir nəfərin Federal Təhlükəsizlik Bürosunu tərəfindən həbs edilməsi barədə sənəd yayımlayıb. Sənəddə bildirilir ki, 2018-ci ilin sonlarında ABŞ gömrüyündə şübhəli alim saxlanılıb. Araşdırma zamanı məlum olub ki, həmin adamın çantasında kiçik şüşələrin içərisində 3 növ, SARS, MERS və E Coli virusları var. ABŞ-lı alimlər həmin maddələri incələdikdən sonra həyati təhlükəli viruslar olduğunu təsdiqləyiblər. Yeni ortaya çıxan sənədlər barədə açıqlama verən ABŞ-lı rəsmilər bəhs edilən alimin kim olduğunu deməyəcəklərini bildiriblər. FBI -ın yayımladığı bu sənəd COVID-19-un laboratoriya şəraitində hazırlanıb dünyaya qəsdən yayılması iddialarını yenidən gündəmə gətirib.

Qeyd edək ki, bu günə qədər dünyada 860 mindən çox insan yeni növ koronavirusa yoluxub, 42 min 300 nəfər isə həmin pandemiya səbəbilə dünyasını dəyişib.

Ruslan Yusibov

Mənbə: www.yeniavaz.com