ŞOK: ABŞ-da avtomobili it sürdü, polislər təqib etdi – Kinosayağı əməliyyat

ŞOK: ABŞ-da avtomobili it sürdü, polislər təqib etdi – Kinosayağı əməliyyat

Vaşinqtonda polis sükan arxasında it olan avtomobili təqib edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayıb.

Polis uzun müddət bir neçə yol hərəkəti pozuntusu zamanı müşahidə olunan nəqliyyat vasitəsini təqib edib.

Bildirilir ki, polislər bir neçə şahiddən qanun pozucusu barədə zənglər alıblar. Onlar avtomobilin digər iki avtomobilə çarpdığını bildiriblər.

Nəhayət, avtomobili təkər deşən lentlə dayandıra biliblər.

Polislər sükan arxasında pitbul cinsindən olan iti aşkar ediblər. Onun sahibi sərnişin yerində oturub və maşını idarə edib.

Kişi “itini avtomobili sürməyə öyrətməyə çalışdığını” söyləyib.

O, həbs olunub, it isə heyvanlar üçün nəzərdə tutulan sığınacaqa aparılıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az