Koronavirus haqda dünyanı xəbərdar etmək istəyən həkim İTKİN DÜŞDÜ

Çinin Uhan şəhərindəki xəstəxanalardan birində işləyən və SARS virusuna bənzər xəstəlik haqda ilk dəfə məlumat verən həkim Ay Fen itkin düşüb.

News24.az Mirror-a istinadən xəbər verir ki, A.Fenin koronavirus haqda fikirlərini bildirdikdən və mediaya açıqlama verdikdən sonra onun yoxa çıxdığı bildirilib.

Bundan iki həftə öncə isə Uhan Mərkəzi Xəstəxanasının Təcili Yardım rəhbəri səlahiyyətlilərin onu və həmkarlarını dünyanı xəbərdar etməyə icazə vermədiyi bəlli olub.

Hazırda Ay Fenin harada olması olə bağlı heç bir məlumat yoxdur. Onun səlahiyyətlilər tərəfindən saxlanıldığı iddia edilir.

News24.az

ƏVVƏLKİ XƏBƏR

Tibb bacısı ağlayaraq xəbərdarlıq etdi: "Bu işin sonu yaxşıya getmir" - GÖRÜNTÜLƏR

SONRAKI XƏBƏR

Acun Ilıcalıdan Türkiyəyə böyük DƏSTƏK: “Həqiqətən də dəyərli millətik”