Türkiyədə koronavirusa yoluxma halı daha çox İstanbulda qeydə alınıb

Türkiyədə koronavirusa yoluxma halı daha çox İstanbulda qeydə alınıb

Son 24 saat ərzində “COVİD-19”a yoluxan 63 nəfər dünyasını dəyişib.

Türkiyənin Səhiyyə Nazirliyi son 24 saat ərzində Türkiyədə 2148 nəfərdə koronavirus aşkarlandığını bildirib. Bu müddət ərzində 63 nəfər dünyasını dəyişib. Nazirlikdən o da bildirilib ki, virusa yoluxma sayı daha çox İstanbul, İzmir və Ankarada baş verib.

Qeyd edək ki, hazırda Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 15 min 679 nəfərdir. Bu virusdan dünyasını dəyişənlərin sayı isə 277-ə çatıb. 333 nəfər sağalaraq evə buraxılıb.

REAL-ın Türkiyə bürosu

Mənbə: www.realtv.az