Xanım sürücü “BMW”-ni aşırdı - FOTO

Xanım sürücü “BMW”-ni aşırdı - FOTO

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, qəza paytaxtın Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, “BMW” markalı avtomobilin xanım sürücüsü idarəetməni itirərək minik vasitəsini yol kənarına aşırıb. Qəza nəticəsində xəsarət alanın olduğu bildirirlir. Hadisədən dərhal sonra avtomobilin hər iki nömrəsi çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimov

Mənbə: www.unikal.org