Türkiyədə 600-dən çox tibb işçisi virusa yoluxub

Türkiyədə 600-dən çox tibb işçisi virusa yoluxub

Türkiyədə koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlanıb. Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. Onun sözlərinə görə, bu günədək Türkiyədə 601 tibb işçisində koronavirusa yoluxma halı aşkar edilib.

Ümumilikdə isə ölkədə COVİD-19-a yoluxanların sayı 15 min 679, ölənlər isə 277-ə çatıb.

Mənbə: azvision.az