İtaliyada koronavirusdan ölənlərin sayı 13 mini keçdi BƏZİLƏRİ YÜNGÜL SİMPTOMLA YATIR, AYILMIR...

İtaliyada koronavirusdan ölənlərin sayı 13 mini keçdi BƏZİLƏRİ YÜNGÜL SİMPTOMLA YATIR, AYILMIR...

Ölümün ağuşuna aldığı İtaliyada koronavirusdan ölənlərin sayı 13 mini keçib. Virtualaz.org xəbər verir ki, bu barədə İtaliyanın mülki müdafiə xidmətinin rəhbəri Anjelo Borrelli bildirib.

Ötən sutka ərzində virusun səbəb olduğu pnevmoniyadan 727 nəfər ölüb, bununla da virusdan 13155 adamın ölümü baş verib. Yoluxanların sayı isə 110 mindən çoxdur. Borrelli vəziyyəti “qismən ümidverici” adlandırıb, çünki ölənlərin sayı cüzi də olsa azalmaqdadır.

Bu arada yardım üçün İtaliyaya göndərilmiş Rusiya hərbi həkimləri koronavirusdan qəribə ölüm hallarını təsvir ediblər. Onların danışdıqları “Moskovskiy Komsomolets” qəzetində yer alır.

Belə ki, Qromo şəhərində COVİD-19 virusuna yoluxan və xəstəliyi yüngül simtomlarla keçirən adamlar sadəcə olaraq yatıblar və yuxudan ayılmayıblar. Belə ki, yerli pansionatlardan birində təkcə son sutka ərzində beş belə ölüm baş verib. Həkimlər yüngül simtomları olan adamların niyə qəfil öldüyünü aydınlaşdırmaqda çətinlik çəkirlər.

Virtualaz.org

Mənbə: virtualaz.org