101 yaşlı qadın koronavirusdan sağaldı - FOTO

101 yaşlı qadın  koronavirusdan sağaldı - FOTO

Niderlandda koronavirusa yoluxmuş 101 yaşlı bir qadın sağaldı.

İki həftə əvvəl nəfəs darlığı şikayəti ilə Rotterdam yaxınlıgındakı Jsselland Xəstəxanasına müraciət edən qadın test edildi və onun koronavirusa yoluxduğu aşkarlandı.

Həkim nəzarətində müalicə olunan 101 yaşlı qadın artıq özünü yaxşı hiss edir və evə buraxılıb. Həkimlər bu xanımın digər xəstələrə ümid qığılcımı olacağına inanırlar.

REAL-ın Avropa bürosu

 

Mənbə: www.realtv.az