Lolitanın anasına hücum - Rusca danışdığına görə

Lolitanın anasına hücum  - Rusca danışdığına görə

Rusiyanın məşhur müğənnisi Lolita Milyavskayanın anası Kiyevdə hücuma məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, Lolitanın sözlərinə əsasən, hadisə anasının onun qızı Evanı məktəbdən gətirərkən baş verib. Naməlum şəxs anasına arxadan hücum edərək başından zərbə vurub, qızına isə heç bir şiddət göstərməyib.

Sənətçi qeyd edib ki, hücuma səbəb yaşlı qadının rus dilində danışması olub. Lolita təcavüzkarın tək olduğunu qeyd edərək onu psixopat adlandırıb. Bu hadisədən sonra Lolita ailəsi üçün bir mühafizəçi təyin edib.

Qeyd edək ki, Lolita 2017-ci ildə Krıma səfər etdiyi üçün Ukraynaya girişi 3 il müddətinə qadağan edilib.

Mənbə: qafqazinfo.az