ABŞ-da koronovirus sürətlə yayılır - Ölü sayı 5113 nəfər

ABŞ-da koronovirus sürətlə yayılır - Ölü sayı 5113 nəfər

ABŞ-da koronovirus qurbanlarının sayı 5,1 min nəfəri keçib, ümumilikdə 215 min nəfər yoluxub.

Avropa.info xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Məlumata görə, yoluxma sayı 215 min 417 nəfər, ölü sayı 5113 nəfər təşkil edib. Ən çox ölüm faktı Nyu-York şəhərində qeydə alınıb - 1374 nəfər.

Sutka ərzində Kovid-19 diaqnozu qoyulan şəxslərin sayı 1200 nəfərdən çoxdur. Bu virusun qeydə alındığı gündən ən böyük rəqəmdir.

Mənbə: avropa.info