“Artıqlaması ilə ödəniş etmək istəsən belə, bundan imtina edirlər”

“Artıqlaması ilə ödəniş etmək istəsən belə, bundan imtina edirlər”

“Dövlət tibbi spirt və maska istehsalına dəstək olur”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

O deyib ki, bunun üçün bütün şərait yaradılıb: “Bu sahədə irəliləyiş var. Spirt məhsulları istehsal edilir. Sumqayıtda maskaların istehsalına başlanılıb, aprelin birinci həftəsində avadanlıqların quraşdırılmasının başa çatacağı gözlənilir. Dünən gecə Azərbaycana təyyarə ilə maska istehsalı üçün xammal gətirilib.

Yaxın günlərdə 2-3 qat bakterioloji, nano və tibbi maskaların istehsalına başlanılacaq. Gündə 200 min maska istehsal olunacaq. Dünyada tələbat artdığı üçün başqa ölkələr maska və xammalı satmaqdan imtina edir. Hətta artıqlaması ilə ödəniş etmək istəsəniz belə, bundan imtina edirlər. Bizim dövlət və iş adamları öz nüfuzlarından istifadə edərək bu məsələni həll ediblər”.

Mənbə: qafqazinfo.az