İtaliyada sevgilisini öldürən kişi – MƏNİ KORONAVİRUSA YOLUXDURDU

İtaliyada sevgilisini öldürən kişi – MƏNİ KORONAVİRUSA YOLUXDURDU

İtaliyanın Sicilya şəhərində koronavirusla bağlı dəhşətli cinayət baş verib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər sakinlərindən Antonio De Pays adlı kişi feldşer özünün 27 yaşlı həkim sevgilisini öldürüb.

Buna səbəb kimi isə həkim sevgilisinin onu koronavirusa yolxdurduğunu göstərib.

Onun sevgilisini boğaraq öldürdüyü məlum olub.

Aparılan müayinələr nəticəsində nə kişidə, nə də onun ölən sevgilisində koronavirus olmadığı müəyyənləşdirilib.

Mənbə: lent.az