İki dəfə xərçəngə qalib gələn britaniyalı kişi koronavirusdan öldü

İki dəfə xərçəngə qalib gələn britaniyalı kişi koronavirusdan öldü

Britaniyanın Mersiside qraflığının Uirral rayon sakini Devid Aleksandr Uilyams iki dəfə xərçəngə qalib gəlməyə nail olub, amma koronavirus infeksiyasına görə dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, məlumatı “Daily Star” nəşri yayıb.

COVİD-19 simptomları martın sonunda 79 yaşlı britaniyalıdan çıxıb. O, dərhal xəstəxanaya müraciət etməyib və evdə müalicə olunmağa başlayıb.

Artıq şənbə günü, martın 28-də Uilyamsın nəfəs almağı çətinləşib.

Həyat yoldaşı təcili yardım çağırıb və o, dərhal xəstəxanaya aparılıb.

Xəstəxanada ona koronavirus diaqnozu qoyulub.

Bazar ertəsi, martın 30-da Uilyams vəfat eidb.

Britaniyalının həyat yoldaşı, dörd övladı və dörd nəvəsi var.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az