Çinlilər yenidən yarasa və əqrəb yeməyə başladılar

Çinlilər yenidən yarasa və əqrəb yeməyə başladılar

Çin əhalisi koronavirus epidemiyası bitdikdən sonra keçmiş adətlərinə qayıdıblar.

BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, yerli əhali yarasa, əqrəb və bu tip heyvanların ətlərini yenidən bazarlardan almağa başlayıb.

Minlərlə müştəri Çinin cənub-qərbindəki Quyline və Dunquan şəhərlərindəki bazarlara axışaraq adət etdikləri heyvanların ətlərini yenidən alıblar.

Bazarlarda həmişəki kimi paslı qəfəslər, döşəmədə qan gölməçələri, bağırsaqlar, kəsilmiş başlar müşahidə olunub. Bazarda satılanlar arasında it və pişiklərin ətindən hazırlanan ənənəvi yeməklər də olub.

“Buradakı insanlar epidemiyanın sona çatdığına inanır və narahat edəcək bir vəziyyətin olmadığını düşünür",- deyə bazardan reportaj hazırlayan müxbir bildirib.

BAKU.WS

Mənbə: baku.ws