Vətəndaşlar bunu etməsə, marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq - RƏSMİ

Vətəndaşlar bunu etməsə, marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq - RƏSMİ

Bu gün Nəqliyyatın İdarəetmə Mərkəzi xəritə üzərində işləyir. Qurumlardan aldığımız məlumatlar əsasında avtobusları xəritə üzərində yerləşdirmişik.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimov deyib.

"Əgər vətəndaşlar qaydalara riayət etməsə, biz müntəzəm marşrut xətlərinin hərəkətini dayandıracağıq. Bununla bağlı operativ qərargaha müraciət edilib", - deyə o bildirib.

Mənbə: olaylar.az