Dünyada koronavirusa yoluxanların sayı 900 mini keçdi -SON DƏQİQƏ

Dünyada koronavirusa yoluxanların sayı 900 mini keçdi -SON DƏQİQƏ

"Kovid-19" olan ölkələrdə və bölgələrdə yeni yoluxmalar haqqında məlumatların tərtib edildiyi "Worldometer" saytındakı məlumata görə, dünyada ümumi yoluxma sayı 903 min 819-a çatıb.
SONXEBER.AZ "Worldometer" saytına istinadən xəbər verir ki, koronavirus hadisələrinin yeni sayına nəzər salanda görərik ki, ABŞ 200 min 269 nəfər ilə birinci yerdə, 110 min 574 yoluxma halı ilə İtaliya ikinci , 102 min 136 yoluxma sayı ilə isə İspaniya üçüncü yerdə qərarlaşıb.

Koronavirusun yarandığı Çində 81 555 yoluxma halı qeydə alınıb. Almaniya 75 min 754, Fransa 52 min 128 , İran 47 min 593, İngiltərə 29 min 474, İsveçrə 17 min 137 , Belçika 13 min 964, Hollandiya 13 min 614, Türkiyə 13 min 531, Avstryada 10 min 585 yoluxma halı ilə qeydə alınıb.

2019-cu ilin dekabr ayında Çinin Hubey əyalətinin Vuhan şəhərində meydana gələn "Kovid-19" yayılması təxminən 200 ölkə və bölgəyə yayılıb və pandemiyaya çevrilib.

Epidemiya səbəbi ilə dünyada 45.334 nəfər ölüb.

F. Ağayeva
Sonxeber.az

Mənbə: sonxeber.az